Ərdoğandan açıqlama: Türkiyənin əsas hədəfini açıqladı

Türkiyənin 2028-ci il üçün müdafiə sənayesi üzrə müəyyən etdiyi hədəf 11 milyard dollarlıq ixrac göstəricisi ilə dünyada ilk 10-luğa daxil olmaqdır. Dünyada öz döyüş gəmisini təkmilləşdirib, dənizə endirən 10 ölkədən biri Türkiyədir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Gəmiqayırma Zavodu Komandanlığında dəniz platformalarının istifadəyə verilməsi mərasimində bildirib.
Türkiyə Prezidenti “TCG Anadolu” amfibiya gəmisindən daha böyük, uzunluğu 300 metr olan aviadaşıyıcı gəmisinin inşasına başlandığını açıqlayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsində həyata keçirilən hər bir layihədə təkcə məhsulu təkmilləşdirməklə kifayətlənmədiyini, eyni zamanda, ekosistemi, insan resurslarını və texnologiya istehsalı potensialını da böyütməyi hədəflədiyini qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



