İdman
2025-ci ilin ən çox qazanan şahmatçıları açıqlandı

Norveçli qrossmeyster, 16-cı dünya çempionu Maqnus Karlsen 2025-ci ildə mükafat gəlirləri 1 milyon dolları keçən yeganə şahmatçı olub. AZERFAX.az xəbər verir ki, bu barədə “Chess.com” məlumat yayıb.
Karlsenin 16 turnirdən qazancı 1,455 milyon dollar təşkil edib. İkinci olan ABŞ təmsilçisi Fabiano Karuana isə ötən il 889 min dollar qazanıb.
Reytinq tərtib edilərkən yalnız qalib üçün minimum mükafat fondu 10 min dollar olan turnirlər nəzərə alınıb.
2025-ci il üzrə ən çox qazanan qrossmeysterlərin ilk üçlüyü belədir:
1. Maqnus Karlsen (Norveç) – 1,455 milyon dollar (16 turnir).
2. Fabiano Karuana (ABŞ) – 889 min dollar (19 turnir).
3. Levon Aronyan (ABŞ) – 751 min dollar (15 turnir).



