İdman
Haalandı transfer etmək istəyirlər: 500 milyon avrodan keçməyə hazırdırlar

“Real” yay transfer pəncərəsində “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı heyətinə qatmaq istəyir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid klubunun prezidenti Florentino Peres 25 yaşlı norveçli futbolçunun transferində şəxsən maraqlıdır. Mümkün keçid “Real”a bonuslar və maaş daxil olmaqla ümumilikdə 500 milyon avroya başa gələ bilər.
Haalandın “Siti” ilə mövcud müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Cari mövsümdə Erlinq Haaland bütün turnirlərdə 29 oyunda 26 qol vurub və 4 məhsuldar ötürmə edib.



