İdman

10 il ərzində 4 dəfə artıb

FİFA prezidenti Canni İnfantinonun vəzifədə olduğu 10 il ərzində maaşı dörd dəfə artıb.

AZERFAX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vergi bəyannaməsində bildirilir.

İnfantinonun illik maaşı 6,133 milyon dollara çatıb, o cümlədən 2,954 milyon dollar əsas əmək haqqı, 1,874 milyon dollar bonuslar, 1,148 milyon dollar digər kompensasiyalar və 155 min dollar pensiya xərcləridir.

İnfantino 2016-cı ildə Zepp Blatteri əvəz edəndə onun maaşı ildə 1,5 milyon dollar idi.

Sənədlərə görə, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı İnfantinoya 1,77 milyon avro məbləğində bonus qazandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button