AZERFAX TV
Argentinalı alimlər avtobus böyüklüyündə olan “ruh”u lentə aldılar

“Şmidt” Okeanoqrafiya İnstitutunun alimləri Argentina sahillərində avtobus ölçüsünə qədər böyüyə bilən nəhəng meduzanı videoya çəkiblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə institutun saytında məlumat verilib.
Atlantik okeanında aparılan araşdırmalar zamanı tədqiqatçılar 11 metr uzunluğunda olan və dərinlikdə yaşayan dəniz meduzasının- “Stygiomedusa gigantea”nın unikal şəkillərini çəkə biliblər. Bu meduzanın günbəz adlandırılan nahiyəsinin diametri 1 metrə, aşağı nahiyələrinin uzunluğu isə 10 metrə çata bilir. “Ruh” və ya “ruh meduza” adlanan bu nadir canlını görmək demək olar ki, mümkün deyil. Bu, bir əsrdə məlum növün yalnız 130-cu müşahidə faktıdır.
Tural



