AZERFAX TV

Toyuq əti bahalaşacaq? – Video

Türkiyədə Ramazan ayından əvvəl istehsalçılar və satıcılar tərəfindən toyuq qiymətlərinin təxminən 15% artırmasından sonra ölkənin Ticarət Nazirliyi sabahdan etibarən toyuq məhsullarının ixracının dayandırılacağını açıqlayıb. Bəs bu qadağa Azərbaycanda toyuq ətinin qiymətlərinə təsir edəcəkmi?

AZERFAX.AZ Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, narahatlığa heç bir əsas yoxdur.

Onun sözlərinə görə, Türkiyədən gələn quş əti ölkədə qiymətləri artıracaq dərəcədə çox deyil.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də “Xəzər Xəbər”ə bildirdi ki, Türkiyədəki bu məhduydiyyətin ölkə bazarına təsiri gözlənilmir.

Sədr bildirdi ki, anbarlarda kifayət qədər toyuq əti ehtiyatı var. Yaxın 6 ay, 1 ildə toyuq ətində bahalaşma gözlənilmir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Related Articles

Bir cavab yazın

Back to top button