Ölkə

Kredit götürmək istəyənlərin nəzərinə – Tarix açıqlandı

Azərbaycanda bank kreditləri üzrə faiz dərəcələrinin 2027-ci ildən etibarən aşağı düşməsi gözlənilir. Lakin bu prosesin sürətli və kəskin olmayacağı, mərhələli şəkildə həyata keçiriləcəyi proqnozlaşdırılır.

AZERFAX.AZ xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə kreditlər üzrə orta faiz dərəcəsi təxminən 18 faiz, manatla əmanətlər üzrə orta faiz isə 8,3 faiz təşkil edir. Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faizdir.

Ekspert qeyd edib ki, kreditlərin ucuzlaşmasına inflyasiyanın sabitləşməsi, uçot dərəcəsinin aşağı salınması, banklar arasında rəqabətin güclənməsi və maliyyə resurslarının maya dəyərinin azalması təsir göstərə bilər.

Vüqar Orucun fikrincə, depozit faizlərinin aşağı düşməsi və problemli kreditlərin həcminin azalması da bankların kredit şərtlərini yumşaltmasına şərait yarada bilər.

Bununla belə, AQC sədri faizlərin kəskin azaldılmasının bankların maliyyə dayanıqlığı üçün risk yarada biləcəyini vurğulayıb. Onun qənaətinə görə, 2027-ci ildə kreditlərin ucuzlaşması real ehtimal olsa da, bu, vətəndaşların aylıq kredit ödənişlərinin dərhal və ciddi şəkildə azalacağı anlamına gəlmir.

Related Articles

Bir cavab yazın

Back to top button