AZERFAX TV
Prezident seçilsə, onu dərhal “Barselona”dan qovacaq

“Barselona”da prezident seçkiləri mart ayında keçiriləcək. Seçki mübarizəsi getdikcə qızışır.
AZERFAX.AZ xəbər verir ki, namizədlərdən biri olan Viktor Font qalib gələcəyi təqdirdə idman direktorunu əvəz etmək niyyətində olduğunu açıqlayıb.
Font RAC1-ə bildirib:
“Deku bizim idman direktorumuz olmayacaq. Biz Flikə uyğun bir struktur yaradacağıq. Hazırda müqaviləsi olduğu üçün alternativ namizədin adını çəkməyəcəyəm”.
Viktor Font daha əvvəl bildirmişdi ki, “Barselona”nın prezidenti vəzifəsinə başladıqdan sonra dərhal Lionel Messiyə zəng edəcək.
Yeri gəlmişkən, bu yaxınlarda keçirilən mətbuat konfransında “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Deku ilə işləməkdən məmnunluğunu bildirib.



