AZERFAX TV
Həbib onun həbsdən çıxmasına belə reaksiya verdi

UFC əfsanəsi Həbib Nurməhəmmədov amerikalı döyüşçü və keçmiş UFC çempionu Keyn Velaskesin həbsdən azad edilməsinə münasibət bildirib.
AZERFAX.AZ xəbər verir ki, Velaskes dünən, 15 fevralda şərti azadlığa buraxılıb. Döyüşçü azyaşlı oğluna təcavüz edən kişini öldürməyə cəhd etdiyinə görə beş illik həbs cəzası çəkirdi.
Həbib sosial mediada yazıb: “Xoş gəldin, əsl çempion”.
Həbib Nurməhəmmədov və Keyn Velaskes San Xosedəki (ABŞ) AKA idman zalında birlikdə məşq ediblər.



