AZERFAX TV

Əsgərə yumruq atan futbolçu həbs edildi

Ukraynada Kolos Kovalivka klubunun sabiq futbolçusu Daniil Kolesnik hərbi qulluqçuya bədən xəsarəti yetirdiyinə görə polis tərəfindən saxlanılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Kiyev vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçuya qarşı cinayət işi açılıb və onu 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Polisin açıqlamasına görə, hadisə Svyatopetrovskoe kəndində baş verib. Kolesnik hərbi qeydiyyat sənədlərinin yoxlanılması ilə məşğul olan hərbçiləri gördükdən sonra onlardan biri ilə mübahisə yaradıb. Daha sonra o, qəsdən hərbçiyə yumruqla zərbə endirib və nəticədə zərərçəkən şəxs bədən xəsarəti alıb.

Operativ-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxsin kimliyini müəyyən ediblər. 24 yaşlı futbolçu Ukraynanın Cinayət-Prosessual Məcəlləsinin 208-ci maddəsinə əsasən saxlanılıb.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 350-ci maddəsinin 2-ci hissəsi (qəsdən döymə və ya yüngül və ya orta dərəcəli bədən xəsarəti yetirmə) ilə istintaq başladılıb. Hazırda araşdırma davam edir.

Hadisədən sonra “Kolos” rəsmi açıqlama yayaraq Daniil Kolesniklə əməkdaşlığa son qoyduğunu bildirib. Futbolçu klubun ikinci komandasında çıxış edirdi.

Related Articles

Bir cavab yazın

Back to top button