AZERFAX TV

Qalmaqallı oyundakı həmin forma hərraca çıxarıldı

“Benfika”nın oyunçusu Canluka Prestianninin “Real Madrid”lə oyunda geyindiyi forma hərraca çıxarılıb.

Fevralın 17-də oynanılan UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə nəticələndi və Prestianniyə qarşı irqçilik ittihamları ilə yadda qaldı.

AZERFAX.AZ xəbər verir ki, Prestianninin forması artıq “Benfika”nın rəsmi tərəfdaşı olan “Match Worn Shirt” vasitəsilə satışa çıxarılıb.

İndiyə qədər 46 təklif alınıb və ən yüksəyi 1000 avro olub.

Prestianni Vinisiusla danışarkən bu forma ilə ağzını tutmuşdu. Braziliyalı iddia edir ki, argentinalı onu “meymun” adlandırıb.

“Veles” akademiyasının yetirməsi olan Prestiani 2024-cü ildən bəri “Benfika”da oynayır. Bu mövsüm o, 30 oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Related Articles

Bir cavab yazın

Back to top button