Ölkə

Xidməti vəzifəsi zamanı həlak olan FHN əməkdaşı dəfn olundu

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub.

Bu barədə AZERFAX.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dəfn mərasimində Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.

13:25

Bu gün səhər saatlarında Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Hakim Piriyevin vida mərasimi keçirilir.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, mərhum bu gün Salyan rayonunun Şorsulu kəndində torpağa tapşırılacaq.

Mərasimdə FHN-in rəhbər şəxsləri iştirak edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button