“Ginnesin rekordlar kitabı”na düşən Lənkəran sakininin meyiti dənizdən tapıldı

Lənkəranda dənizdə meyit aşkarlanıb.
AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadənin meyiti tapılıb.
Onun ölüm səbəbləri hazırda araşdırılır.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış vəziyyətdə əllərini ayaqlarına doğru 3 min dəfə çatdıraraq (idman terminində “press”) dünya rekordunu yeniləyib. Bununla o, dünyada Ginnesin rekordlar kitabına düşən ilk azyaşlı kimi tarixə düşüb.
Balaca idmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif olunub.
O, həmçinin Ginnesin rekordlar kitabında fəxri üzv kimi qeydə alınıb.



