AZERFAX TV
Xilasedicilər 3 yaşlı uşağa belə yardım etdilər

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Gəncə şəhəri, Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqlarının dəmir qapı ilə çərçivəsi arasında qalması və təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
Nazirlikdən AZERFAX.AZ-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.



