AZERFAX TV

İsrail XİN başçısı Naxçıvana hücumu qəbuledilməz adlandırdı

İsrailin xarici işlər naziri Gideon Saar İranın Azərbaycana hücumunu pisləyib və qəbuledilməz adlandırıb.

AZERFAX.AZ xəbər verir ki, o, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığının yekunlarını şərh edərkən “X”də yazıb.

“Dostum, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdım. İranın Azərbaycana qarşı açıq və məqsədyönlü təcavüzünü pisləyirəm. Ona və regionun digər ölkələrinə qarşı bu təcavüz tamamilə yolverilməzdir və İran rejiminin ağılsızlığını bir daha sübut edir”, – o yazıb.

G.Saar əlavə edib ki, İsrail məqsədlərinə çatana qədər İranda hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button