AZERFAX TV

Süni intellekt bu şəxslərə 340 min manat verəcək

Promobot adlı süni intellekt şirkəti üzünün istifadə olunmasına icazə verən şəxslərə 200 min dollar pul verəcək.

AZERFAX.AZ xəbər verir ki, şirkət istehsal edəcəyi robotlarda insan üzündən istifadə etməyi planlaşdırır.

Məqsəd robotların simalarının daha tanış və insanlara yaxın görünməsidir.

Bildirilir ki, təklif ilk başda çox cəlbedici görünsə də, əslində mənfi tərəfləri də var. Çünki istehsal olunan bütün robotlarda sizin üz cizgiləriniz olacaq və siz üz cizgilərinizi ömürlük onlara satmış olacaqsınız. Şirkət istənilən süni intellekt robotunda sizin simanızdan istifadə edə biləcək.

Qeyd edək ki, 200 min dollar hazırkı məzənnə ilə təxminən 340 min manat edir.(milli.az)

Related Articles

Bir cavab yazın

Back to top button