AZERFAX TV
Şəmkirdə ağır qəza: xəsarət alanlar var

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AZERFAX.AZ xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



