AZERFAX TV
Azərbaycan enerji resurslarının idxalçılarının sayını artırmağı planlaşdırır

Azərbaycanın “OPEC+”a töhfəsi dünyada çox yüksək qiymətləndirilir.
AZERFAX.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan bütün növ enerji resurslarının istehsalçısı və ixracatçısıdır.
“Biz qaz və elektrik enerjisi ixracını artırmağı planlaşdırırıq. Biz öz enerji resurslarımızı idxal edən ölkələrin sayını artıracağıq. Ötən il onların sayı 12 idi, indi isə artıq 16 ölkədir”, – İlham Əliyev bildirib.



