AZERFAX TV

Saxta süd 13 nəfərin ölümünə səbəb oldu

Hindistanda süd içən 13 nəfər ölüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “India Today” nəşri məlumat yayıb.

Hadisə Andhra-Pradeş ştatının Şərqi Qodavari dairəsində baş verib; yerli sakinlər süd içdikdən sonra özlərini pis hiss etməyə başlayıblar. İlk hallar fevralın 22-də, bir neçə yaşlı insanda ağır zəhərlənmə simptomları — qusma, qarın ağrısı, anuriya və dializ tələb edən kəskin böyrək çatışmazlığı yarandıqda qeydə alınıb.

Zərərçəkənlər təcili olaraq xəstəxanalara çatdırılıb. Hadisə nəticəsində 13 nəfər dünyasını dəyişib, hazırda tibbi müəssisələrdə qalan 11 nəfərdən yeddisi Radjamahedravaram şəhərində müalicə olunur.

İlkin ehtimala görə, hadisəyə saxta süd səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button