Ölkə

Daşkəsən rayonunda iftar süfrəsi təşkil olunub

Daşkəsəndə Ramazan ayı münasibətilə rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil edilib. AZERFAX.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə tolerantlıq mühitinin formalaşması və milli-mənəvi dəyərlərin qorunub yaşadılması Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr ölkəmizdə sosial həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və dini-mədəni irsin yaşadılmasına mühüm töhfələr verir. Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə davam edib. Şəhidlərimizin ruhuna dualar oxunub.

İftar süfrəsi arxasında Ramazan ayının mənəvi əhəmiyyəti, insanları xeyirxahlığa, mərhəmətə və paylaşmağa səsləyən dəyərləri barədə söhbətlər aparılıb, ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavan gələcək arzulanıb.

İftar mərasiminin iştirakçıları Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button