AZERFAX TV

İran üzərində ABŞ-ın “F-35” qırıcısına zərbə endirildi

İrana qarşı əməliyyatda iştirak edən Amerikanın “F-35” qırıcısı hərbi bazada qəza enişi edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “CNN” telekanalını ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadla məlumat yayıb.

Komandanlığın nümayəndəsi Tim Hokinsin sözlərinə görə, həmin “F-35” enişdən əvvəl İran üzərində döyüş missiyası yerinə yetirirmiş. Zərbə aldıqdan sonra qırıcı ABŞ-ın Yaxın Şərqdəki bazasına enmək məcburiyyətində qalıb.

“Təyyarə təhlükəsiz şəkildə yerə enib. Pilotun vəziyyəti stabildir. Hazırda hadisə araşdırılır”, – deyə Hokins təsdiqləyib.

Bundan əvvəl “Military Watch Magazine” jurnalı yazmışdı ki, ABŞ-ın məxfi kəşfiyyat təyyarəsi Yunanıstanda qəza enişi edib. Həmin təyyarənin də İrana qarşı əməliyyatda iştirak etdiyi bildirilir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button