AZERFAX TV
Gəncədə evdə partlayış oldu

Gəncədə evdə partlayış olub.
AZERFAX.AZ xəbər verir ki, hadisə şəhərin Adil İmanquliyev küçəsində qeydə alınıb.
Belə ki, partlayış zamanı 1965-ci il təvəllüdlü Marif Yolçuyevin yaşadığı evdə yanıq xəsarətı alıb.
Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, evdə qaz balonu partlayıb.
Faktla bağlı araşdırma aparılır.



