AZERFAX TV

ABŞ dəniz piyadaları münaqişə zonasına çatdı

ABŞ Silahlı Qüvvələri 31-ci dəniz piyada ekspedisiya dəstəsinin flaqmanı funksiyasını yerinə yetirən “USS Tripoli” (LHA 7) desant gəmisinin Yaxın Şərqdəki münaqişə zonasına köçürülməsini başa çatdırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki rəsmi hesabın məlumat verilib.

“”USS Tripoli” (LHA 7) göyərtəsindəki amerikalı dənizçilər və dəniz piyadaları martın 27-də ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olublar”, – deyə qurumun paylaşımında bildirilir.

Zərbə qrupuna təxminən 3 500 hərbi qulluqçu, həmçinin nəqliyyat və döyüş təyyarələrindən ibarət aviasiya qanadı daxildir ki, bu da ABŞ-ın desant və hücum əməliyyatları keçirmək imkanlarını əhəmiyyətli dərəcədə artırır. Gəminin gəlişi “The Wall Street Journal” qəzetinin daha əvvəl yaydığı, Vaşinqtonun Yaponiyada bazalaşan gəmini Yaxın Şərqə yönləndirmək qərarı barədəki məlumatını təsdiqləyir.

Belə güclü ekspedisiya birliyinin yerləşdirilməsi fevralın sonundan bəri koalisiya qüvvələri ilə İran birləşmələri arasında davam edən intensiv qarşılıqlı zərbələr fonunda baş verir.

“USS Tripoli”nin regiondakı mövcudluğu Amerika komandanlığının dəniz və desant əməliyyatları da daxil olmaqla, münaqişənin mümkün inkişaf ssenarilərinə hazırlaşdığına işarə edir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button