Şou Biznes

Aysundan keçmiş ərinə ATMACA: “İldə 1 dəfə…”

Müğənni Aysun İsmayılova səsləndirdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

AZERFAX.AZ xəbər verir ki, sənətçi sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən keçmiş həyat yoldaşı Ramil Vəliyev ilə bağlı sərt fikirlər səsləndirib.

Aysun bildirib ki, keçmiş həyat yoldaşı və onun ailəsi övladı ilə əlaqə saxlamır: “Xeyr, keçmiş yoldaşım da, onun ailəsi də qızımı görmür. Qızımın mənim ailəmdən başqa heç kimlə əlaqəsi yoxdur”.

Sənətçi əlavə edib ki, bu vəziyyət tam şəkildə onun qərarı deyil: “İldə bir dəfə uşağı görmək istəyi ilə ortaya çıxıb, sonra yenidən yoxa çıxmaq uşağa travma yaşadır. Buna görə də belə halların qarşısını almaq üçün bu məsələdə mən qərar vermişəm”.

Onun sözlərinə görə, əsas məqsəd övladını psixoloji təsirlərdən qorumaqdır.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında fərqli mövqelər səslənib. Bəziləri sənətçini dəstəkləsə də, digərləri məsələyə daha fərqli yanaşaraq tənqidi fikirlər irəli sürüblər.(milli.az)

Related Articles

Bir cavab yazın

Back to top button