AZERFAX TV
“Bu, haramdır” – Həmzət onu öldürməyəcək

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən UFC orta çəki titulunun 31 yaşlı hazırkı sahibi Həmzət Çimayev 84 kq çəki dərəcəsində keçmiş UFC çempionu amerikalı Şon Striklendlə döyüşü ilə bağlı sualları cavablandırıb.
AZERFAX.AZ xəbər verir ki, Çimayev “adam zubayraev” “YouTube” kanalında bildirib:
– Azarkeşlərin dediklərini səsləndirəcəyəm: “Əgər Həmzət onu (Şonu) tutsa, təhlükəsizlik orqanları müdaxilə etməli olacaq. Çünki sən onu yəqin ki, buraxmayacaqsan. Bu baş verə bilərmi?
– Mən insan öldürmək istəmirəm, bu, haramdır ( gülür ).
– Deməli, onu öldürməyi planlaşdırmırsan?
– Xeyr, onsuz da onu öldürməyimə icazə verməyəcəklər. Küçədə ölərdi, amma qəfəsdə olmaz, bu idmandır.



