AZERFAX TV
Ukraynada qeyri-adi səma fenomeni müşahidə edildi

Ukrayna sakinləri ölkə səmasında qeyri-adi təbiət hadisəsinin şahidi olublar.
AZERFAX.AZ xəbər verir ki, bu barədə yerli Ctrana.one nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə gecə səmasında görünən işıqlı obyektin videogörüntüləri paylaşılıb. Məlumata görə, həmin obyekt Ukraynanın şərqindən qərbinə doğru hərəkət edib.
Qeyri-adi hadisə paytaxt Kiyevlə yanaşı, Rovno vilayətində də müşahidə olunub. Səmada görünən bu cismin bolidə, yəni çox parlaq meteora bənzədiyi bildirilir.
Hüseyn İbadlı



