AZERFAX TV

İsrail “Hizbullah”ın obyektinə zərbələr endirdi

İsrailin Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” radikal qruplaşmasının hərbi obyektinə və onun ərazisini tərk edən avtomobilə zərbələr endirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbçilər Livanın cənubunda “Hizbullah” tərəfindən istifadə olunan hərbi obyekti tərk edən iki nəqliyyat vasitəsini qeydə alıblar.

“Avtomobillərdəki yaraqlılar ön müdafiə xəttini keçərək qoşunların mövqelərinə yaxınlaşıblar ki, bu da onların təhlükəsizliyinə birbaşa təhdid yaradıb. Həmin şəxslərin atəşkəs rejimini pozduğu və birbaşa təhdid yaratdığı təsdiqləndikdən sonra, İsrail Hərbi Hava Qüvvələri avtomobillərdən birini, eləcə də həmin şəxslərin çıxdığı obyekti vurub”, – məlumatda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button