“Çelsi”də ən tez qovulan məşqçi oldu

Aprelin 22-də Liam Rosenior qovuldu və “Çelsi”nin müvəqqəti baş məşqçisi Kalum Makfarleyn təyin edildi.
AZERFAX.AZ xəbər verir ki, Liam Rosenior, müvəqqəti məşqçilər istisna olmaqla, “Çelsi” tarixində ən tez istefaya göndərilən baş məşqçi oldu.
Rosenior vəzifəsini 104 gün icra edib ki, bu da Roberto Di Matteonun 2012-ci ildəki 118 günlük müddətini geridə qoyub.
Lakin ingilis atası Leroy Roseniorun göstəricisini keçə bilməyib. Leroy Rosenior 2026-cı ildə təyinatından cəmi 10 dəqiqə sonra “Torquay Yunayted”də qovulmuşdu.
Bu, klubun yeni bir konsorsium tərəfindən satın alınmasından və dərhal öz məşqçisini təyin etməsindən sonra baş vermişdi.
İngilis məşqçi yanvar ayında “Strasburq”dan Çelsiyə keçib. Tərəflər arasında müqavilənin müddəti 2032-ci ilə qədər idi.



