AZERFAX TV

Göyçayda market yandı – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhərində yerləşən marketdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

AZERFAX.AZ xəbər verir ki, hadisə ilə bağlı FHN-in Mətbuat xidməti məlumat yayıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində marketin divarının xarici üzündə 1 ədəd vitrin soyuducusunun, 2 ədəd kondisonerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kv.m sahədə yanıb.

Market və bina yanğından mühafizə olunub.

Related Articles

Bir cavab yazın

Back to top button