AZERFAX TV
İranı İtaliya əvəz edəcək? – FİFA-nın mövqeyi bəlli oldu

Müəyyən təkliflərə baxmayaraq, FİFA Dünya Kubokunda İranı İtaliya ilə əvəz etməyi düşünmür.
AZERFAX.AZ xəbər verir ki, bu barədə BBC mənbələrə istinadən məlumat yayıb.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın elçisi Paolo Zampolli bu təşəbbüsü irəli sürmüşdü. O, İtaliya millisinin dördqat dünya çempionu kimi hətta seçmə mərhələyə keçmədən belə turnirdə yer qazana biləcəyini bildirmişdi. Lakin bu ideya FİFA-nın özü tərəfindən dəstəklənməyib.
FİFA prezidenti Canni İnfantino əvvəllər İran millisinin turnirdə “mütləq iştirak edəcəyini” vurğulamışdı.
ABŞ və İsrail ilə geosiyasi vəziyyət və münaqişə fonunda İranın iştirakı ilə bağlı gərginlik qalmaqdadır.



