AZERFAX TV

İran atəşkəs razılaşmasını pozdu – İrimiqyaslı hərbi əməliyyatlar başlayır?

ABŞ və İran arasında atəşkəs razılaşması əldə olunduqdan bəri Tehran Amerika qoşunlarına 10-dan çox hücum edib.

AZERFAX.AZ xəbər evrir ki, bu barədə mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keyn məlumat verib.

“Aprelin 8-də atəşkəs razılaşması imzalandıqdan bəri İran doqquz dəfə ticarət gəmilərini atəşə tutub, iki konteyner gəmisini ələ keçirib və 10 dəfə Amerika qoşunlarına hücum edib”, – deyə general bildirib.

Onun sözlərinə görə, bu hərəkətlər hazırda irimiqyaslı hərbi əməliyyatların yenidən başlaması üçün lazım olan həddən aşağıdır.

General vurğulayıb ki, son yeddi həftə ərzində İran bütün dünya iqtisadiyyatını girov götürmək üçün dəfələrlə kommersiya gəmilərini hədələyib və onlara hücum edib. Keyn əlavə edib ki, İranın mayın 4-də raketlər, pilotsuz uçuş aparatları və sürətli katerlərdən istifadə etməklə Amerika gəmilərinə etdiyi hücumlar Amerika helikopterləri tərəfindən uğurla dəf edilib. O qeyd edib ki, hazırda Fars körfəzində 1550 ticarət gəmisində 22,5 min dənizçi blokadada qalıb.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirmişdi ki, Fars körfəzində Hörmüz boğazından keçmək üçün 87 ölkəyə məxsus yük gəmiləri gözləyir. Onun sözlərinə görə, son 24 saat ərzində CENTCOM onlarla gəmi sahibinə və gəmiçilik şirkətinə müraciət edərək onlara bu dəniz yolu vasitəsilə təhlükəsiz keçidə zəmanət verib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button