AZERFAX TV

Avropada yeni gərginlik: Baş nazir istefaya göndərildi

Rumıniya Parlamenti aprelin sonunda fəaliyyətə başlayan İlie Bolojan hökumətinə etimadsızlıq votumu göstərərək onu istefaya göndərib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Aprel ayından bəri azlıq hökumətinə rəhbərlik edən Bolojanın devrilməsi üçün parlamentin ən böyük qüvvəsi olan Sosial-Demokratlar gözlənilməz addım atıblar. Onlar dördtərəfli avropayönümlü koalisiyadan çıxaraq ifrat sağçı müxalifətlə ittifaq qurublar. Bu ittifaqın yeganə məqsədi yeni təyin olunmuş hökumət başçısını vəzifəsindən uzaqlaşdırmaq olub.

Məlumata görə, Sosial-Demokratlar və Bolojan arasında gərginlik uzun müddətdir davam edirdi. Baş nazirin tətbiq etdiyi sərt qənaət tədbirləri sosial-demokratların seçicilərinə və “himayədarlıq şəbəkələrinə” ciddi zərbə vurmuşdu. Digər tərəfdən, ölkədə əhalinin dəstəyinin getdikcə ifrat sağçılara meyil etdiyi müşahidə olunur.

Hazırda ölkədəki siyasi böhranın həlli mərkəzçi prezident Nikuşor Danın üzərinə düşür. Gözlənilir ki, dövlət başçısı partiyaları danışıqlara çağıracaq və dörd partiyalı Avropayönümlü koalisiyanı yeni baş nazir namizədi ilə yenidən bərpa etməyə çalışacaq.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button