AZERFAX TV
Döyüşdən əvvəl Ağ Evdə üz-üzə gəldilər

UFC-nin yüngül çəkidə (70 kq-a qədər) çempionu, gürcüstanlı İliya Topuriya və onun rəqibi, amerikalı Castin Getci qarşıdakı döyüş öncəsi ilk dəfə üz-üzə gəliblər.
AZERFAX.AZ xəbər verir ki onların qarşılaşması iyunun 14-də ABŞ-da, Ağ Evdə keçiriləcək turnirdə baş tutacaq.
İliya Topuriyanın 29 yaşı var. Gürcü döyüşçü 2020-ci ildən UFC-də çıxış edir. O, 2024-cü ildə yarımyüngül çəkidə (65 kq-a qədər), 2025-ci ildə isə yüngül çəkidə (70 kq-a qədər) çempion titulunu qazanıb. Topuriyanın UFC-dəki göstəricisi 9 qələbə və 0 məğlubiyyətdən ibarətdir.
Castin Getcinin 37 yaşı var. Amerikalı döyüşçü 2017-ci ildən UFC-də mübarizə aparır. Onun təşkilatdakı aktivində 10 qələbə və 5 məğlubiyyət var.



