AZERFAX TV
Putin onu yüksək vəzifəyə təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Dmitri Şerbinini müdafiə nazirinin müavini təyin edib.
AZERFAX.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumata görə, Rusiya lideri bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Şerbinin 2024-cü ildən 2025-ci ilə qədər müdafiə naziri Andrey Belousovun müşaviri, 2025-ci ildən 2026-cı ilə qədər isə Müdafiə Nazirliyinin Rəqəmsal və Texnoloji İnkişaf Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.



