AZERFAX TV

Yeni baş nazirdən Prezidentə ŞOK TƏLƏB

Macarıstanın yeni Baş naziri Peter Madyar ölkə Prezidenti Tamaş Şuyoku istefa verməyə çağırıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Siyasətçi bəyan edib ki, Tamaş Şuyok Macarıstanın demokratik yenilənməsinə mane olmamalı və ən geci mayın 31-nə qədər vəzifəsindən getməlidir.

Baş nazir respublika prezidentini konstitusiyanın və qanunçuluğun qarantı kimi çıxış etmək əvəzinə, hakimiyyətin ictimai, siyasi və maliyyə sahələrindəki sui-istifadələrinə mane olmamaqda ittiham edib.

Mayın 9-da Macarıstan Dövlət Məclisi (parlament) aprel ayında keçirilən parlament seçkilərində qalib gəlmiş Tisa partiyasının lideri Peter Madyarı ölkənin hökumət başçısı seçib. Bu qərar qanunverici orqanın yeni çağırışının ilk iclasında elan edilib.

Dövlət Məclisinin spikeri Aqneş Forsthoffer səsvermənin nəticələrini açıqlayıb: Madyarın namizədliyinin lehinə 140 deputat səs verib, 54 nəfər əleyhinə çıxıb, bir deputat isə bitərəf qalıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button