Ölümcül infeksiyaya iki yeni yoluxma halı qeydə alındı

Avropada hantavirus ola biləcəyi ehtimal edilən iki yeni yoluxma halı aşkar edilib.
AZERFAX.AZ xəbər evrir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, yoluxma hallar mayın 8-i qeydə alınıb. İlk yoluxma İspaniya vətəndaşında, ikincisi isə Cənubi Atlantikadakı Tristan-da-Kunya adalarında qeydə alınıb. Xəbərdə yalnız birinci pasiyent haqqında təfərrüatlar qeyd olunub: İspaniya sakini yüngül tənəffüs simptomları ilə xəstəxanaya müraciət edib və ondan hantavirus testi götürülməlidir. İkinci xəstə barədə məlumat verilmir.
“Reuters” qeyd edib ki, bu hadisə müasir səyahətlər dövründə yoluxucu xəstəliklərin nə qədər geniş yayıla biləcəyini əyani şəkildə nümayiş etdirir.
Hantavirusun yayılması barədə mayın 4-də məlum olub: MV Hondius layneri Atlantik okeanı vasitəsilə Argentinadan Kabo-Verdeyə reys həyata keçirərkən sərnişinlərin bir hissəsində ağır tənəffüs xəstəliyi simptomları yaranıb. Media orqanlarının məlumatına görə, virus laynerə Argentinadan düşə bilərdi.
Ekspedisiya zamanı gəmidə olanlardan ən azı səkkiz nəfər yoluxub, onlardan üçü, o cümlədən Niderland və Almaniya vətəndaşları həyatını itirib. Aprelin 24-də, gəmidəki ilk ölüm halından iki həftə sonra, dünyanın müxtəlif ölkələrindən olan ən azı 12 nəfər layneri tərk edib. Hazırda infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün həmin şəxslərin operativ şəkildə tapılmasına və yoxlanılmasına çalışılır.
Hüseyn İbadlı



