AZERFAX TV

“Qarabağ” Qəbələ səfərində xal itirdi

Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

AZERFAX.AZ xəbər verir ki, “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Qarabağ”ın qolunu 29-cu dəqiqədə Kadi Borges vurub. “Qəbələ”nin heyətində isə 57-ci dəqiqədə İsmael Akinade fərqlənib. Bu nəticədən sonra “Qarabağ” 63 xalla 2-ci, “Qəbələ” 21 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində “Kəpəz” “Sabah”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” isə “Zirə” ilə qolsuz heç-heçə edib.

Related Articles

Bir cavab yazın

Back to top button