AZERFAX TV

ÜST rəhbəri hantavirusla COVID-19-u müqayisə etdi

“”MV Hondius” laynerində yayılan hantavirus koronavirus deyil”.

AZERFAX.AZ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus bəyan edib.

O, gəmidəki vəziyyətə görə insanların narahat olmasını anladıqlarını deyib. Çünki COVID pandemiyası bütün dünyaya təsir edib və həmin travmanın izləri yaddaşlarda hələ də qalır.

Qebreyesus qeyd edib ki, bu xəstəlik COVID deyil və təşkilat olaraq bunu dəfələrlə bəyan ediblər; həmçinin bu fikri səsləndirərkən məsələyə qətiyyən səthi yanaşmırlar.

Təşkilat rəhbəri vurğulayıb ki, hazırkı vəziyyət əvvəlkindən daha yaxşıdır və xəstəliyin təbiəti, eləcə də İspaniya hakimiyyətinin vaxtında gördüyü tədbirlər sayəsində virusa yoluxma riski aşağıdır.

Hantavirusun yayılması barədə mayın 4-də məlum olub: “MV Hondius” layneri Atlantik okeanı vasitəsilə Argentinadan Kabo-Verdeyə reys həyata keçirərkən sərnişinlərin bir hissəsində ağır tənəffüs xəstəliyi simptomları yaranıb. Media orqanlarının məlumatına görə, virus gəmiyə Argentinadan düşə bilərdi.

Ekspedisiya zamanı gəmidə olanlardan ən azı səkkiz nəfər yoluxub, onlardan üçü, o cümlədən Niderland və Almaniya vətəndaşları həyatını itirib. Aprelin 24-də, gəmidəki ilk ölüm halından iki həftə sonra, dünyanın müxtəlif ölkələrindən olan ən azı 12 nəfər layneri tərk edib. Hazırda infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün həmin şəxslərin operativ şəkildə tapılmasına və yoxlanılmasına çalışılır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button