AZERFAX TV

Rubio və Uitkoff Mayamidə onunla görüşdülər

ABŞ Dövlət katibi Marko Rubio və Ağ Evin xüsusi elçisi Stiv Uitkoff bu gün Mayamidə Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə görüşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Axios” mənbəyə istinadən yazıb. Bildirilir ki, görüşün məqsədi İranla müharibəyə son qoymaq səylərini müzakirə etmək olub.

Sayt qeyd edir ki, ABŞ və İran müharibəyə son qoymaq və daha ətraflı danışıqlar üçün çərçivə yaratmaq məqsədilə bir səhifəlik memorandum üzərində danışıqlar aparır. Qətər tərəflər arasında vasitəçilikdə əsas rol oynayan ölkədir.

Əl-Tani dünən Vaşinqtonda vitse-prezident Cey. Di. Venslə görüşüb. Mənbələrdən birinin verdiyi məlumata görə, o, dərhal Dohaya qayıtmalı idi, lakin planını dəyişərək Mayamiyə gedib.

Bildirilir ki, Mayamidə olarkən vasitəçilik səylərini müzakirə etmək üçün o, Səudiyyə Ərəbistanı xarici işlər nazirinə zəng edib.

Related Articles

Bir cavab yazın

Back to top button