AZERFAX TV
DÇ-2026-nın beş favoriti – Fiqunun versiyası

Əfsanəvi portuqaliyalı futbolçu Luiş Fiqu qarşıdan gələn Dünya Kubokunun əsas favoritlərini açıqlayıb. Dünya Kuboku cəmi bir ay sonra başlayır.
AZERFAX.AZ xəbər verir ki, 2000-ci ildə “Qızıl top” mükafatının qalibi kuboka namizəd olan beş əsas namizədi müəyyən edib:
“Çoxları qələbə uğrunda mübarizə apara bilər. Oyunçuların keyfiyyəti çox vacibdir, amma bir az şans da vacibdir. Əsas favoritlər arasında Braziliya, Argentina, Portuqaliya, İspaniya və Fransanı nəzərdən keçirərdim. Onların final mərhələlərində kifayət qədər təcrübəsi var. Bu komandalar o qədər güclüdür ki, turnirə iki heyətlə qatıla bilərlər”.
Argentina hazırkı Dünya Kubokunun qalibidir. Qarşıdakı turnirin finalı 19 iyulda keçiriləcək.



