AZERFAX TV
Hər səhər ABŞ-ın bundan sonra nə edəcəyini düşünərək oyanmamalıyıq

Avropa İttifaqı (Aİ) özünün vahid ordusunu yaratmalıdır.
AZERFAX.AZ xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.
“Hər səhər ABŞ-ın bundan sonra nə edəcəyini düşünərək oyanmamalıyıq. Bizə ordu, ortaq müdafiə qabiliyyəti lazımdır”, – deyə “Politico” onun sözlərini sitat gətirib.
Nazir bu qərarın Avropa və ABŞ arasındakı fikir ayrılıqları kontekstində zəruri olduğunu qeyd edib. O, həmçinin bildirib ki, Aİ-nin hərbi potensialının gücləndirilməsi NATO-nu zəiflətməyin bir yoludur. Albares əlavə edib ki, İspaniya ABŞ-ı Avropanın tarixi müttəfiqi hesab edir.
Müəllif: Tural



