AZERFAX TV

Yüz minlərlə məhbus cəbhəyə göndərilib

Rusiyada həbsxanalardakı məhbus sayının son 25 ilin ən aşağı səviyyəsinə düşməsi Ukrayna müharibəsi ilə bağlı müzakirələri yenidən gücləndirib.

AZERFAX.AZ Rusiya mediasına istinadən xəbər verir ki, rəsmi rəqəmlərə görə, 2001-ci ildə 1 milyondan çox olan məhbus sayı hazırda təxminən 282 minə enib.

Rusiya rəsmiləri bunu islahatlarla izah etsə də, bəzi mənbələr azalmada əsas faktorun müharibə olduğunu bildirir.

İddialara görə, on minlərlə məhbus azadlıq vədi ilə orduya və “Vaqner” qruplaşmasına cəlb olunaraq Ukrayna cəbhəsinə göndərilib.

“The Moscow Times” isə Ukrayna kəşfiyyatına istinadla 140-180 min məhbusun cəbhəyə göndərildiyini yazıb. Bu məlumatlar Rusiya tərəfindən təsdiqlənməyib.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button