İqtisadiyyat

“Arzumuz budur ki, Türk Dövlətləri Təşkilatının vahid elektron valyutası yaradılsın” – Nicat Dağlar

Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi müasir dövrdə kriptovalyutalar və blokçeyn texnologiyaları artıq qlobal maliyyə sisteminin mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Bir çox beynəlxalq təşkilatlar və regional birliklər gələcək iqtisadi inteqrasiya modellərində rəqəmsal valyutaların rolunu müzakirə edirlər. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının gələcəkdə ortaq rəqəmsal valyuta və ya vahid kriptovalyuta modeli yaratmaq ehtimalı da diqqət çəkən mövzulardan biridir. Maraqlıdır, gələcəkdə TDT-nin vahid kriptovalyutası ola bilərmi?

Mövzu ilə bağlı Jurnalist Ekspert Mərkəzinin sədr müavini, Azkoin Milli Kriptovalyuta layihəsinin media təmsilçisi Nicat Dağlar Azerfax.Az-a açıqlama verib. Onun fikrincə Türk Dövlətləri Təşkilatının gələcəkdə öz kriptovalyutasının yaranması mümkündür:

“Türk Dövlətləri Təşkilatının davamlı inkişafı gələcəkdə vahid valyuta və ya vahid kriptovalyuta mövzusunu gündəmə gətirə bilər. Lakin  tam vahid “TürkCoin”  tipli rəsmi valyutanın yaranması yaxın perspektivdə  real görünmür” deyə N. Dağlar əlavə edib.

Ekspertin fikrincə bu layihənin reallaşması üçün ortaq hüquqi baza, maliyyə koordinasiyası və yüksək texnoloji təhlükəsizlik infrastrukturu formalaşdırılmalıdır:

“Ümidverici gedişat belədir ki, TDT ölkələri arasında “rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişi” artıq təsdiqlənib və bu, gələcək maliyyə inteqrasiyası üçün ciddi baza yaradır. Məsələn,  qarşıdakı mərhələdə TDT ölkələri arasında sərhədlərarası ödənişlərin blockchain üzərindən aparılması mümkündür. Arzumuz isə belədir ki, Türk Dövlətləri Təşkilatının vahid elektron valyutası yaradılsın, adı da olsun, məsələn, Turankoin” – deyə N.Dağlar vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button