Bundesliqada ən çox ucuzlaşan 10 futbolçu

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala Bundesliqanın 2025/26 mövsümündən sonra ən çox dəyər itirən oyunçuların siyahısına başçılıq edir.
AZERFAX.AZ xəbər verir ki, futbolçuların transfer dəyərlərinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış portal olan “Transfermarkt”a görə, alman oyunçu liqada ən çox – 20 milyon avro itirib.
Musialanın Harri Keyn də daxil olmaqla, üç komanda yoldaşı da ilk 10-luğa daxil olub. İngilis futbolçunun dəyəri 5 milyon avro azalıb.
2025/2026-cı illərdə Bundesliqada ən çox ucuzlaşan 10 oyunçu:
Camal Musiala (Bayern Münhen) – 100 milyon avro (- 20 milyon avro).
Kərim Adeyemi (Borussiya Dortmund) – 40 milyon avro (- 10 milyon avro).
Seru Qirassi (Borussiya Dortmund) – 32 milyon avro (- 8 milyon avro).
Məhəmməd Amoura (Volfsburq) – 20 milyon avro (- 7 milyon avro).
Fabio Silva (Borussiya Dortmund) – 22 milyon avro (- 6 milyon avro).
Harri Keyn (Bayern Münhen) – 60 milyon avro (- 5 milyon avro).
Alfonso Deyvis (Bayern) – 40 milyon avro (- 5 milyon avro).
Coşua Kimmix (Bayern) – 35 milyon avro (- 5 milyon avro).
Conatan Burkardt (Ayntraxt Frankfurt) – 30 milyon avro (- 5 milyon avro).
Eksekel Palasios (Leverkuzen) – 25 milyon avro (- 5 milyon avro).



