İdman
“Real”ın prezidenti olmaq istəyən şəxs “Barsa” ilə bağlı elə söz dedi ki…

İspaniyalı iş adamı və “Real” prezidentliyinə namizəd Enrike Rikelme seçkilər ərəfəsində klubun əzəli rəqibi “Barselona” ilə bağlı qalmaqallı açıqlama verib.
AZERFAX.AZ xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında deyib:
“Barselona”nı Sequndada görmək istəyirəm, bu mənim çox xoşuma gələrdi. Bundan xoşbəxt olardım. “Barsa”nın yox olmasını istəyərdimmi? Bununla bağlı heç bir problemim olmazdı”.
“Real”da prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə klubun hazırkı prezidenti Florentino Peres və Enrike Rikelme mübarizə aparacaqlar. (publika)



