İdman
Ronaldo qiyməti düşdü

Nüfuzlu “Transfermarkt” portalı Səudiyyə Ərəbistanının “Əl- Nəsr” klubunun və Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldonun bazar dəyərini yeniləyib.
AZERFAX.AZ xəbər verir ki, planlaşdırılan müqavilə yenilənməsindən sonra 41 yaşlı Ronaldonun qiyməti 12 milyon avrodan 10 milyon avroya düşüb. Bu, onun 2003-cü ildə peşəkar karyerasına başladığı vaxtdan bəri ən aşağı dəyəridir. Portuqaliyalı futbolçunun pik dövründə dəyəri 120 milyon avro olub.
Kriştiano Ronaldo ötən mövsüm “Əl – Nəsr”də 37 oyun keçirib, 30 qol vurub və beş məhsuldar ötürmə edib.



