AZERFAX TV

Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı

Ağdamda 10-cu sinif şagirdi Bərdə sakininə qoşulub qaçıb.

AZERFAX.AZ Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin şagirdi L.Muradlı Səxavət qızı tanıdığı Bərdə rayon sakininə qoşularaq qaçıb.

Qeyd olunur ki, L.Muradlı hadisədən cəmi 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa qədəm qoyub.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button