AZERFAX TV

“TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Mastercard”ın əməkdaşlığı ilə həyata keçirilən “TəhsilPlus” layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub.

Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib.

Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.

“Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə çıxışında bildirib ki, müəllimlərə verilən dəyərin onların gündəlik həyatlarında da hiss olunması vacibdir: “Biz təhsil haqqında danışanda əslində gələcək haqqında danışırıq. Güclü təhsilin və uğurlu gələcəyin mərkəzində müəllimlər dayanır. Ona görə də hesab edirik ki, müəllimlərə verilən dəyər onların gündəlik həyatlarında da hiss olunmalıdır. “TəhsilPlus” layihəsində əldə etdiyimiz təcrübə göstərdi ki, təhsil sahəsinə yönəlmiş həllər insanların gündəlik həyatında real fayda yarada bilir. “TəhsilPlus” da həmin yanaşmanın davamıdır”.

Tədbir zamanı iştirakçılara “TəhsilPlus” kartının təqdim etdiyi imkanlar, tərəfdaş şəbəkələrində mövcud olan güzəştlər və üstünlüklər barədə ətraflı məlumat verilib. Eyni zamanda bir qrup təhsil işçisinə “TəhsilPlus” kartları təqdim olunub.

Tədbirdə bildirilib ki, “TəhsilPlus” kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırır. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur.

Qeyd edək ki, “TəhsilPlus” layihəsi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaq məqsədi daşıyır.

Çıxışçılar tərəfindən qeyd olunub ki, “TəhsilPlus” kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırmağı hədəfləyir. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur. Layihənin məqsədi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaqdır.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Related Articles

Bir cavab yazın

Back to top button