Region

Şəmkir sakini ovda necə yaralanıb – Ehtimal

Şəmkirdə 55 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə rayonun Səməd Vurğun qəsəbə sakini , 1970 ci il təvəllüdlü Elşən Mayılov  ov həvəskarı olub və hadisə də Kür çayı ətrafındakı boş ərazilərdə ov edərkən baş verib. Belə ki, ilkin ehtimallara görə, Mayılov dovşan ovladığı zaman naməlum bir maneyəyə ilişərək yıxılıb, nəticədə tüfəng açılıb və güllə onun diz nahiyəsinə dəyib. Yaralı dərhal Gəncə şəhərindəki tibb müəssisələrindən birinə çatdırılıb, hazırda müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button