AZERFAX TV

“Neftçi” 2026/2027 mövsümünə hazırlıq planını açıqladı

“Neftçi”nin 2026/2027 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

AZERFAX.AZ klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Yuri Vernidubun rəhbərlik etdiyi komanda bu mərhələdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.

Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər barədə daha sonra məlumat veriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button